Zəng sifariş et

    Ödənişsiz konsultasiya xidmətimizdən yararlanmaq üçün əlaqə saxla

    +994 99 775 25 24

    Böyük Britaniyada təhsil

    Böyük Britaniya dünya standartları ilə tanınmış universitetlərində təhsil imkanları, zəngin mədəni təcrübələr və bütün dünyada şöhrət qazanmış akademik proqramları ilə məşhurdur. Qeyd edək ki, Böyük Britaniyada təhsil haqları yuxarı olsa da, Dövlət Təqaüd Proqramı, universitetlərin və müxtəlif qurumların daxili təqaüd proqramları nüfuzlu universitetlərdə təhsili əlçatan edir. Akademik mükəmməllik, mədəni çeşidlilik və karyera fokuslu proqramlar ilə Böyük Britaniyada təhsil, şəxsi və peşəkar inkişaf üçün ideal bir mühit mövcuddur.

    • Bakalavr
    • Magistratura
    • Doktorantura

    Dövlət Təqaüd Proqramı

    Böyük Britaniya universitetlərində həmçinin Dövlət Təqaüd Proqramına müraciət edərək təhsil ala bilərsən. Britaniya Universitetlərinə necə qəbul ola bilərsən? Müraciətlərin əsasən onlayn şəkildə olduğu Britaniya Universitetlərinin hər birinin özünə və seçilən ixtisasa uyğun tələbləri olur. Minimum IELTS göstəricisi 5.5 olmaqla dəyişən dil göstəricisi, universitetin daxili tələblərindən asılı olaraq müsahibə, tövsiyə və motivasiya məktubu siyahının əsas hissələrindəndir. Qəbul prosesi ilə bağlı ətraflı məlumat üçün konsultasiyamıza yazıla bilərsən.