Zəng sifariş et

    Ödənişsiz konsultasiya xidmətimizdən yararlanmaq üçün əlaqə saxla

    +994 99 775 25 24

    Kanadada təhsil

    Kanada dövləti xarici vətəndaşlar üçün yaratdığı imkanlarla hər zaman diqqət mərkəzində olub. Bu səbəbdən də Kanada bir çoxlarının yaşamaq üçün arzu etdiyi o ölkədir. Kanadada kolleclərə müraciət daha aktualdır. Bu səbəbdən xidmətlərimiz siyahısında kollec müraciətləri də yer alır. Hətta bir çox kolleclər dil biliyi və diplom tələbi olmadan, sadəcə attestatla qəbul həyata keçirirlər.

    • Bakalavr
    • Magistratura
    • Doktorantura
    • Kollec
    • Tək müraciət

      Bu halda göstəricilər nəzərə alınaraq müvafiq kollec və ya universitetə müraciət olunur.

    • Ailəvi müraciət

      Ailəvi müraciət edərkən ailə üzvlərindən biri tam iş icazəsi, digəri isə təhsil imkanı ilə təmin edilir.

    Kanada universitetlərinə qəbul

    Kanada universitet və kolleclərinə müraciət etmə prosedurları bir-birindən fərqli ola bilər, lakin əsas addımlar aşağıdakılardır: İlk olaraq, müraciət etmək istədiyin proqramı və universiteti seçməlisən. Hər bir təhsil müəssisəsinin özəllikləri, tələbələri üçün fərqli təklifləri olur. Universitetlərin və kolleclərin müxtəlif tələbləri var. Buna dil sertifikatları, transkriptlər, müraciət formları, motivasiya məktubu kimi sənədlər daxildir. Bəzi proqramlar (TOEFL, IELTS, GMAT, GRE) tələb edir. Həmçinin, proqramların bəzi hallarda özlərinin test sistemləri də mövcud olur. Hər bir universitetin öz müraciət tarixli var. Ən yaxın müraciət tarixlərini və qiymətləndirmə prosedurlarını öyrənmək üçün bizimlə əlaqə saxlaya bilərsən. Universitetlər adətən onlayn müraciət platformaları təklif edir. Bu platformlar üzərində müraciət prosesi, sənədlərin yüklənməsi və ödənişlərin həyata keçirilməsi üçün istifadə olunur. Kanadada təhsil almaq üçün bizimlə əlaqə saxla!